AZ

Kaxaber Tsxadadze: “Penalti vurmağı öyrənsək, yaxşı olacaq”

Misli Premyer Liqasının XXI turunda "Qəbələ" "Sumqayıt"la heç-heçə edib - 0:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.

"Hər iki komanda yaxşı oyun sərgilədi. Həm sürət cəhətdən, həm də ikili mübarizələr tərəfdən. Mən futbolçularımdan razı qaldım. Onlara təşəkkür edirəm. Belə işləsək, yüksək xalla çempionatı başa vura bilərik".

- Penalti vurmaq problemi ilə bağlı hər hansı bir addım olacaqmı?

- Penalti vurmaq psixoloji bir məsələdir. Ba Loua yaxşı yerinə yetirir penaltiləri. Lakin bu dəfə alınmadı. "Sumqayıt" çox yaxşı komandadır. Onlar baxımlı futbol oynayırlar. Oyunda qol olmasa da, azarkeşlərin bu matçdan zövq aldığını düşünürəm. Penalti vurmağı da öyrənsək, daha yaxşı olacaq.(gülür)

- Qış fasiləsindən sonra, istədiyiniz komandanı formalaşdıra bilmisinizmi?

- Biz heyəti gücləndirdik. Bəzi futbolçular komandaya gec qoşulsa da, adaptasiya olduqlarını düşünürəm. Qış fasiləsindən sonra, müdafiədə daha yaxşı oynayırıq. Həyat özü bir mübarizədir. Biz də bu mübarizəni buraxmamalıyıq və sona qədər əlimizdən gələni etməliyik. 

- Ötən oyunda mübahisəli epizodda Hakimlər Komitəsinin qərarı ilə razı qaldınızmı?

- Artıq oyun bitib. Məncə nəsə demək yersiz olardı. Amma qol olduğunu söyləmək də istəyərdim.

1/4 finalın cavab görüşlərinin oyun cədvəli açıqlanıb

İngiltərə klubunun müdafiəçisi "Sabah"da - RƏSMİ

Millimiz Özbəkistana məğlub oldu

Premyer Liqa oyunları iki telekanalda yayımlanacaq

AFFA I Liqa klublarını CƏRİMƏLƏYİB

Seçilən
8
3
apasport.az

4Mənbələr