AZ

Məşqlərdə bunun üzərində çox işləyirik, amma oyunda alınmır Sxadadze

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Məşqlərdə bunun üzərində çox işləyirik, amma oyunda alınmır" - Sxadadze

"Hər iki komanda yüksək səviyyəli oyun nümayiş etdirdi. Meydanda sürət və mübarizə var idi".

QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 21-ci turunda bu gün "Sumqayıt"la keçirilən görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib: "Bu mövsüm 3-cü penaltini vura bilmədiyimizə görə təəssüflənirəm. Amma futbolda belə hallar olur. Məşqlərdə bunun üzərində çox işləyirik, lakin oyunda alınmır. Futbolçuların mübarizə aparmasından razı qaldım. Onlara təşəkkür edirəm. Bu cür işləsək, daha çox xallar qazana bilərik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
5
qol.az

6Mənbələr