AZ

Futbolçuların mübarizə aparmasından razı qaldım Kaxaber Tsxadadze

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında XXI turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qəbələ" matçı qolsuz bərabərliklə yekunlaşıb.

Fanat.Az qonaqların baş məşqçisi Kaxaber Tsxadadzenin matç barədə fikirlərini təqdim edir:

"Hər iki komanda yüksək səviyyəli oyun nümayiş etdirdi. Meydanda sürət və mübarizə var idi. Bu mövsüm 3-cü penaltini vura bilmədiyimizə görə təəssüflənirəm. Amma futbolda belə hallar olur. Məşqlərdə bunun üzərində çox işləyirik, lakin oyunda alınmır. Futbolçuların mübarizə aparmasından razı qaldım. Onlara təşəkkür edirəm. Bu cür işləsək, daha çox xallar qazana bilərik".

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
fanat.az

2Mənbələr