AZ

​ABŞ bunu tələb etməyib -

ABŞ uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını tələb etməyib.Metbuat.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi belə açıqlama verib. Əraqçi MSNBC-nin “Morning Joe” proqramında İranın nüvə proqramı ilə bağlı ABŞ ilə aparılan danışıqlara dair sualları cavablandırıb. O, ABŞ və xüsusilə İsrail mediasında bu mövzu ilə bağlı fərziyyələrin yanlış olduğunu qeyd edib.

“ABŞ uranın zənginləşdirməsinin tamamilə dayandırılmasını istəməyib, elə deyilmi?" sualına cavab olaraq Əraqçi, “Bəli, hazırda müzakirə etdiyimiz məsələ İranın nüvə proqramının, o cümlədən zənginləşdirmənin dinc xarakter daşımasını və daima dinc qalmasını necə təmin etməkdir”, - deyə cavab verib.

Seçilən
30
metbuat.az

1Mənbələr