AZ

ABŞ Norveçə göndərdiyi qırıcıları geri çəkdi - İran ətrafında gərginlik artır

BAKI, 20 fevral. TELEQRAF

ABŞ Norveçin şimalında keçirilməsi planlaşdırılan genişmiqyaslı NATO təlimində iştirak etmək üçün göndərdiyi bütün qırıcıları geri çəkib.

Teleqraf xəbər verir ki, buna səbəb İranla ətrafında gərginliyin artması göstərilir.

Norveç hökuməti ABŞ-nin mart ayında keçirilməsi planlaşdırılan NATO təlimləri ilə bağlı hərbi planlarını dəyişdirdiyini açıqlayıb.

Norveç Silahlı Qüvvələrinin podpolkovniki Espen Solemdal yerli mediaya verdiyi açıqlamada ABŞ-nin F-35 təyyarələrinin Norveçdə keçiriləcək təlimlərdə iştirak etməyəcəyini bildirib.

Solemdal qeyd edib ki, ABŞ təyyarələrinin olmaması təlimin gedişatına təsir edəcək.

Norveç mediası yazıb ki,ABŞ məhz İranla gərginlik səbəbindən döyüş təyyarələrini təlimdən geri çəkib. Oxşar vəziyyət 2025-ci ilin iyun ayında da baş verib. Bundan sonra ABŞ çoxsaylı beynəlxalq müqavilələrdən çıxıb.

Bu arada, Norveç Silahlı Qüvvələri qeyd edib ki, 2026-cı ilin mart ayında 14 NATO ölkəsinin iştirakı ilə keçirilməsi planlaşdırılan "Soyuq cavab" təlimi Norveçdə indiyə qədər keçirilən ən böyük hərbi təlimlərdən biri olacaq.

Seçilən
35
1
teleqraf.com

2Mənbələr