AZ

Gömrük sədrinin ofis forması: General rütbəsi DETALLARI NİYƏ YOXDUR?

Ajans.az xəbər verir ki, paylaşımda deyilir: “Gömrük Komitəsi sədrinin gömrük əməkdaşlarının karyera yüksəlişi müsabiqəsinin qalibləri ilə görüşü zamanı çəkilən fotoları sosial şəbəkədə qarşıma çıxdı. Sədrin geyimi diqqətimi çəkdi. Araşdırdım. Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında əsasnaməsinin Gündəlik Geyim Formaları bölməsinin 3.5-1 bəndində bu formanın tünd mavi olduğu göstərilib. Gömrük Komitəsinin sədri Şahin Bağırovun geyimi qara rəngdədir. Komitə sədrinin şalvarında da geyimin generala məxsus olduğunu göstərən detal yoxdur. 
Əsasnaməni hazırlayanda nə yaxşı bu məqamları nəzərə almayıblar görəsən? Bir də axı bu necə tünd mavi rəngdir ki, qapqara rəngdə nəzərə çarpır. Əsasnamə 2012-ci ildə təsdiq olunsa da yeni qaydalar 2023-cü ildə əlavə edilib. Komitə sədri isə 2022-ci ildən bu vəzifəni daşıyır”.

Seçilən
15
Ajans.az

1Mənbələr