AZ

Komitə sədri qazilərlə görüşüb

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Respublika "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini Seymur Abdullayevi və Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmovla görüşüb.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, o cümlədən qazilərimizin təsis etdiyi və üzv olduğu ictimai birliklərin gördüyü işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qazilərin sosial müdafiəsi, onların cəmiyyət həyatında fəal iştirakının təmin olunması, vətənpərvərlik ideyalarının təbliği və ictimai təşəbbüslərin dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.

 

Söhbət zamanı dövlət qurumları ilə şəhid ailələri və qazilər təşkilatları arasında konstruktiv əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub, bu yöndə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Görüşün sonunda komitə sədri 

Ədalət Məhərrəmovu 65 illik yubileyi münasibətilə təbrik edərək ona ünvanladığı rəsmi təbrik məktubunu təqdim edib. 

Fazil Mustafa müəllifi olduğu yeni kitabları qazilərə hədiyyə edib.



Seçilən
7
herbiand.az

1Mənbələr