JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Mərkəzi Bankın sədri Taleh Kazımov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Sənan Mustafayev və İsmayıl Hüseynov ilə Mərkəzi Bankda reallaşdırılan mentorluq proqramının başa çatması münasibətilə növbəti dəfə görüşüb.Görüşlər zamanı müsabiqə qaliblərinin fərdi inkişaf planları çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, eləcə də şəxsi inkişaf məsələləri, təhsil və karyera istiqamətində atılan addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb.Sədr Taleh Kazımov qaliblərə Mərkəzi Bankda təşkil edilmiş mentorluq proqramında fəal iştirakları ilə bağlı tövsiyə məktubu təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Qaliblər göstərilən diqqət və dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürlərini bildiriblər.Xatırladaq ki, növbəti “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi 6 mart – 16 aprel 2026-cı il tarixlərində https://yukselish.az/register linki vasitəsilə onlayn şəkildə həyata keçiriləcək.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX