AZ

İşıq sayğacına yüklənən vəsaitin bir hissəsi niyə yoxa çıxır? – VİDEO

İşıq sayğacına yüklənən vəsaitin tam həcmdə əks olunmaması – az görünməsi bəzi vətəndaşların narazılığına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaş bildirib ki, işıq sayğacı üçün nəzərdə tutulan kartda 4 manat vəsaiti sayğaca yükləyərkən balansından 1 manat 30 qəpik çıxılıb.

“Azərişıq” ASC dən  sorğuya cavab olaraq bəzi abonentlərin belə halla üzləşdikləri təsdiqlənib:

“İlk onu qeyd edək ki, bu hal bütün abonentlər üçün xarakterik deyil. Bəzi abonentlərimiz isə bu halla rastlaşır. Buna səbəb 2026-ci ilin yanvarından tətbiq edilən sabit tarifin iki ayının (yanvar, fevral) eyni vaxtda tətbiqi ilə bağlıdır. Yəni mart ayından artıq belə bir hal baş verməyəcək.

Yüklənən məbləğlə balansdan silinən vəsait arasında uyğunsuzluq təbii ki, bəzi anlaşılmazlıqlar yaradır. Hər bir abonent əmin olsun ki, ödədikləri vəsait son qəpiyinə kimi onların şəxsi kodlarına məxsusdur. Yüklənən məbləğlə balansdan silinən vəsait arasında uyğunsuzluğun hər abonentdə fərqli olması isə müxtəlif səbəbləri ola bilir. Məsələn, abonentin köhnə borcu, tarif dəyişikliyi nəticəsində yaranan borc və digər müxtəlif səbəblər araşdırıldıqda vəsaitin niyə o məbləğdə olması vətəndaşa izah edilir. Hər bir abonentimizin müraciətinə şəffaf şəkildə araşdırılması üçün Müştəri Xidmətləri şöbəmiz var. Əgər hər hansı bir sual və ya şübhə varsa, abonentlərimizdən xahiş edirik ki, mütləq şəkildə Müştəri Xidməti şöbəmizə yaxınlaşsınlar. Onlara məxsus olan kod əsasında xərclədikləri vəsaitlə bağlı ətraflı məlumat veriləcək”. /Oxu.Az/

Seçilən
74
nocomment.az

1Mənbələr