AZ

Borussiya Braziliya millisinin üzvünü transfer etdi RƏSMİ

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Borussiya" yeni mövsüm üçün ilk transferini indidən rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi "Kruzeyro"dan Kauan Pratesin keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Borussiya" braziliyalı futbolçu üçün klubuna 7+5 milyon avro təzminat ödəyəcək. 17 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Braziliyaa U-17 millisinin üzvü olan Kauan Prates yayda Dortmund təmsilçisinin düşərgəsinə qoşulacaq.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
3
sportal.az

4Mənbələr