ain.az, Cebheinfo saytına istinadən bildirir.
Bakıda avtomobildən gənc oğlanın meyiti tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektinin Sabunçu rayonundan keçən hissəsində baş verib.
Yolun hərəkət hissəsində qalan “Chevrolet” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb edib.
Avtomobilə baxış keçirilərkən sürücünün hərəkətsiz vəziyyətdə olduğu müəyyənləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxsin öldüyü məlum olub.
Aparılan araşdırmalarla sükan arxasında ölən sürücünün paytaxt sakini 1999-cu il təvəllüdlü Maarif Hümbətov olması bəlli olub.
Onun ölüm səbəbi araşdırılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.