ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında üçüncü qol vurulub.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:0.
32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olub.
21:55
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında ikinci qol vurulub.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.
9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.
21:49
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçında hesab açılıb.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.
3-cü dəqiqədə Entoni Qordon fərqlənib.
21:45
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubuna qarşı ilk oyununa çıxır.
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun başlayıb.
20:42
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Nyukasl" kollektivlərinin start heyətləri bəlli olub.
Moderator.az bildirir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.