AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər azadlığa buraxıldılar



Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad azadlığa buraxılıblar.

aia.az-ın Oxu.Az-a istinadən məlumatına görə, onlar cəza müddətləri başa çatdığı üçün bu gün Bakı İstintaq Təcridxanasından azad edilərək, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil veriliblər.

Xatırladaq ki, ötən il avqustun 17-də üç əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Bakı Apellyasiya Məhkəməsi isə Səbail Rayon Məhkəməsinin hökmünü dəyişdirərək, təqsirləndirilən əcnəbilərin cəzasını 2 ildən 6 aya endirib.

Bununla da həmin əcnəbilərin cəza müddəti başa çatıb.

aia.az



Seçilən
18
23
aia.az

10Mənbələr