AZ

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.

Azreform.info  xəbər verir ki, səfirlik futbolçunun “Columbus Crew klubu” ilə imzaladığı müqavilə ilə bağlı sosial şəbəkə hesabında təbrik mesajı yayımlayıb.

Bildirilib ki, “Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunlar rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-ın Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

“Eyni zamanda, “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!”, - səfirliyin mesajında qeyd olunub.

Seçilən
15
25
azreform.info

10Mənbələr