“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk oyununa çıxacaq. 1news.az xəbər verir ki, Qarabağ FK Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərə təmsilçisi "Nyukasl" ilə üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək. Matçın baş hakimi norveçli Espen Eskos olacaq.