AZ

Ruben Vardanyana hökm oxundu

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın17-də davam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi,habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmişşəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi vəonların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar,həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində NazirlərKabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Ötən il yanvarın 17-də başlamış və bir ildən çoxdur davam edənməhkəmə prosesində təqsirləndirilən şəxsin barəsində yekun məhkəməqərarı (hökm) elan edilib.

Elan olunub ki, təqsirləndirilən şəxsə Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə elan edilmiş ittihamlarhəmin Məcəllənin 228.2.1-ci maddəsinə tövsif edilib.

Bundan başqa, irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib.

Elan edilib ki, Vardanyan Ruben Karlenoviç AzərbaycanRespublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkarmüharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhaliniməcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma,beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə,muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlımünaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma,qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma,qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə,qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri vəqrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədiniqanunsuz olaraq keçmə cinayətlərini törətməkdə təqsirli bilinərəkqəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkumedilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddirejimli cəzaçəkmə müəssisəsində çəksin.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokuror məhkəməprosesində təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrumetməcəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdi.

Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2(təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma),107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110(insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquqnormalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114.1(muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma),116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlımünaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma),120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adamöldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7,29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1(qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq),214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkarbirlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekthissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə),270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradanəməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorlasaxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1,279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə təqsirli bilinib.

Trendxatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəbaşlanılmış cinayət işinin ibtidai istintaqı AzərbaycanRespublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Seçilən
21
49
az.trend.az

10Mənbələr