AZ

Qubada bir ailənin 8 üzvü zəhərlənib

Qubada bir ailənin səkkiz üzvü qidadan zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Xucbala kəndində qonaqlıq zamanı qeydə alınıb.

Belə ki, 1953-cü il təvəllüdlü N. Şabutov, 1953-cü il təvəllüdlü H. Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A. Şabutova, 2003-cü il N. Şabutova, 2010-cu il D. Şabutov, 2025-ci il təvəllüdlü G. Şabutova və 1978-ci il təvəllüdlü D. Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Seçilən
58
4
anews.az

10Mənbələr