AZ

Bakı–Sumqayıt yolunda məhdudiyyət tətbiq edildi-YENİLƏNİB

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  verilən xəbərə görə, nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən:
- Bakı-Sumqayıt şosesi Sumqayıt;
- Tbilisi prospekti, Sumqayıt;
- Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;
- Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;
- Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Hazırda qeyd edilən istiqamətlərdə nəqliyyat intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

***

saat 10.22

Hazırda Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən xəbərə görə, qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Seçilən
11
7
news365.az

10Mənbələr