
Bakının bir sıra yollarında tıxac yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən Bakı-Sumqayıt şosesi Sumqayıt; Tbilisi prospekti, Sumqayıt; Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt; Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal; Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.