AZ

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşdü - FOTO

Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 min 660 ton taxıl (bugünkü 560 ton da daxil olmaqla) göndərilib.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında işğal dövründən etibarən mövcud olan Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətlərin Azərbaycan tərəfindən aradan qaldırıldığını bildirib.

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə taxıl daşınmasına 9 noyabr 2025-ci il tarixindən başlanılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Seçilən
30
38
milli.az

10Mənbələr