AZ

Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: xərclərinizi minimuma endirin

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, mikro sahibkarlara yeni imkanlar təqdim etməyə davam edir. Onların fərdi ehtiyaclarına uyğun olaraq formalaşdırılan yeni tariflər 3 formada təklif olunur.

“Classic” tarifi sahibkarlara 5000 manatadək məbləği komissiyasız köçürmək və eyni məbləğdə nağdlaşdırma imkanı yaradır. Üstəlik də illik 18.99, 3 aylıq isə 5.99 manat ödənişlə.

“Plus” tarifi isə 10 000 manatadək əməliyyatları tamamilə komissiyasız həyata keçirmək istəyən sahibkarlar üçün ideal imkanlar təqdim edir. Bunun üçün illik cəmi 37.99 manat ödəmək yetərlidir. Tarifin 3 aylıq qiyməti isə 11.99 manat təşkil edir.

Sahibkarlara xərclərinə 27% qənaət etmək fürsəti yaradan “Premium” tarifi üçünsə illik cəmi 95.99 manat ödəniş tələb olunur. Tarifə qoşulmaqla 25 000 manatadək məbləği komissiyasız köçürmək və eyni məbləğdə nağdlaşdırmaq mümkündür.

Hansı tarifin seçilməsindən asılı olmayaraq bank tərəfindən mikro sahibkarlara Visa Sahibkar kartı da hədiyyə olunur. Sahibinə bir çox üstünlüklər təqdim edən kartın çatdırılması da bank tərəfindən ödənişsiz həyata keçirilir.

Seçilən
13
25
publika.az

10Mənbələr