Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, danışıqlar qapalı rejimdə keçiriləcək və iki gün davam edəcək.
Rusiya nümayəndə heyətinə, keçən dəfə olduğu kimi, QRU rəisi İqor Kostyukov rəhbərlik edir.
***
Ukrayna nümayəndə heyəti artıq Əbu-Dabidədir.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar tezliklə başlamalıdır.
Xatırladaq ki, Ukrayna-ABŞ-Rusiya danışıqlarının ilk raundu yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. Fevralın 1-nə planlaşdırılan görüşün vaxtı isə 4-5 fevral tarixinə keçirilib.