AZ

WUF13-ün Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasınınAzərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiqediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Bildirilib ki, məlum olduğu kimi, şəhərsalma sahəsindəAzərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərəkirimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya ŞəhərsalmaForumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakışəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü ildekabrın 22-də "Azərbaycan Respublikası Hökuməti ilə BMT arasındaÜmumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildəBakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş"imzalanıb və qanunla təsdiq edilib.

WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrəkhəmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergiazadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bu azadolmalaraaşağıdakılar aiddir:

  • WUF13 çərçivəsində malların təqdim edilməsinə, işləringörülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuşqeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldəetdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);
  • qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadəolunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqaviləəsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri(mənfəət vergisi üzrə azadolma);
  • qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindənvə xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəətvergisi üzrə azadolma);
  • müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işləringörülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedicisənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Qeyd edilib ki, bütün vergi güzəşt və azadolmaları müvafiqtəsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci ilsentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbirinci oxunuşda qəbul edilib.

Seçilən
2
27
az.trend.az

10Mənbələr