Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva CenevrədəBMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya iləgörüşüb.
Trend xəbər verirki, məhsuldar keçən görüşdə Xəzər dənizinin ekoloji problemləri,ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsiməsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün BMT-nin Cenevrədəki mənzil-qərargahında AzərbaycanRespublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalqtəşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi vəTehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzərdənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının vəbeynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəlipanel müzakirələri keçirilib.