Bu gün saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.
Day.Az xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSXM) məlumat yayıb.
RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.