ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Misli premyer-liqasının 17-ci turunda “Karvan-Yevlax” evdə “Sumqayıt”a uduzdu. “Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Fizuli Məmmədov 10 dəqiqə gecikmə ilə başlayan mətbuat konfransından hesabatı təqdim edir.- Çox ciddi hazırlaşmışdıq. Yaxşı komandaya qarşı oynadıq. Futbolçulara son oyundakı səhvləri göstərdik. Rəhbərlik və məşqçilər motivasiya verdi. Çox çalışırlar. Ardıcıl səhvlər etdik. Bu da oyunumuza təsir edir. Psixoloji cəhətdən çətinlik çəkirlər. Hamımız əlimizdən gələni etdik ki, qalib gələk. Rəqibi də təbrik edirəm.- İki fərqli hissə izlədik. İlk yarıda komandanın zəif oynamasının səbəbi nə idi?- Hesab 1:0 olandan sonra “beşli” müdafiəyə keçdik. Amma sonra yenə kobud səhvdən qol buraxdıq. Bir var komanda səhvi, bir də var fərdi səhv. Bu gün fərdi səhvlər oyunumuza təsir etdi. Rəhbərlik əlindən gələni edir ki, bu durumdan çıxaq. Məğlubiyyəti həzm edə bilmirəm. Çox çalışıram. Əlimdən gələni edəcəm. Hər şey edəcəm ki, bu durumdan çıxaq. Gecə 3-4-də rəhbərlik yanımdan gedir.- Elitada qalmaq üçün heyət yetərlidi?- Cəmi üç transfer edə bildik.- Araz Abdullayevdən razısız?- Çox yaxşı hazırlaşırdı qışda. Ayağında ağrı hiss etdi, Bakıda 10-11 gün müalicə aldı. Keyfiyyətli oyunçudu. Bir ötürməsi oyunun taleyini həll edə bilər. Bu gün də bir az yoruldu deyə Samirlə əvəzlədim.- Siz gələndən sonra komandada inkişaf görürsüz? “Karvan-Yevlax”ın baş məşqçisi kimi yox, mütəxəssis kimi cavab verin.- Tam səmimi deyim, əvvəlki oyunlarda taktiki çatışmazlıq var idi. Əvvəlki məşqçinin bostanına daş atmıram, amma fiziki durumda çatışmazlıq var idi. Nə lazımdısa, olur. Qalib gələ bilməməyin səbəbini axtarırıq.- “Kəpəz”in Yevlaxda oynamasını rəhbərliklə müzakirə etdiz?- Müzakirələr oldu. “Kəpəz”in burda oynaması bizə təsir etmir.- Konfransa gec gəlməyinizin səbəbi nə idi?- Futbolçularla iclas etdik. Səhvləri başa saldım.MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.