AZ

İş adamının qanunsuz əməlləri: Qadını döyüb, oğlunu həbs etdirmək istədi

Şəkidə fəaliyyət göstərən “Azəri kooperasiyası” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifovun cinayət işi üzrə bəzi detallar məlum olub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, T.Lətifovun 30 ilə yaxın tanışlıq münasibətində olduğu Sevil Səlimova ilə arasında münaqişə yaranıb.

Bu zaman iş adamı qadını şiddətli şəkildə döyüb. Sevil Səlimovanı döyməsi, ona şiddət göstərməsi ilə bağlı cinayət işi araşdırılır.

Lətifovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Bu iş üzrə istintaqı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi aparıb.

Seçilən
27
50
publika.az

10Mənbələr