
“Biz Türkiyə ilə həmfikirik. Bölgədəki münaqişələri və dağıdıcı hadisələri müzakirə etdik. Bir ölkənin müharibə etməsi bütün bölgədə münaqişə təhlükəsi yaradacaq”.
Missiya.Az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı İstanbulda türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
“Biz İranın milli maraqlarını və regional maraqlarını qorumaq tərəfindəyik. Təhdidlərə boyun əyməyəcəyik. İran bütün danışıqlar proseslərinə, o cümlədən nüvə məsələləri ilə bağlı masa arxasına oturmağa hazırdır. Biz həmişə dinc nüvə danışıqlarının tərəfdarı olmuşuq.Ədalətli və qarşılıqlı hörmətə əsaslanan danışıqlara başlamağa hazırıq. ABŞ xoş niyyət nümayiş etdirmir, amma İran danışıqlara hazırdır”, - deyə siyasətçi vurğulayıb.
Əraqçı həmçinin qeyd edib ki, İran sülhə nail olmaq və regional ölkələr arasında münaqişələri azaltmaq üçün danışıqların tərəfdarıdır.
“Biz sionist rejimin sonunu istəyirik. Biz Qəzzadakı soyqırımın mümkün qədər tez bitməsini və humanitar yardımın təyinat yerinə çatmasını istəyirik. Biz Türkiyənin bu mövzudakı səylərinə görə minnətdarıq”, - deyə siyasətçi bildirib.
Daşqın HəsənovMissiya.Az