İran İslam Respublikası danışıqlara necə hazırdırsa, müharibəyə də eyni şəkildə hazırdır.
Aznews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ İrana müharibə elan edəcəyi təqdirdə, bu, sadəcə iki ölkə ilə məhdudlaşmayacaq.