AZ

Kreml Trampın Kiyevə hücum etməmək barədə Putinə müraciət etdiyini təsdiqləyib

Moskva, 30 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putindən fevralın 1-nə 1ədər Kiyevə hücum etməkdən çəkinməsini şəxsən xahiş edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavabında bildirib.

“Həqiqətən, Prezident Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident Putindən bir həftə - fevralın 1-nə qədər Kiyevə hücum etməkdən çəkinməsini şəxsən xahiş edib”, -deyə Kremlin sözçüsü bildirib. Cavabın təfərrüatını bildirməsi xahiş edildikdə, Peskov deyib: “Artıq deyilənlərə əlavə edəcəyim bir şey yoxdur. Bir daha vurğulamaq istərdim ki, danışıqlar üçün əlverişli şərait yaratmaqdan danışırıq”.

Donald Tramp bir gün əvvəl Vladimir Putindən şiddətli şaxtalar səbəbindən Kiyevə hücumları bir həftə dayandırmasını şəxsən xahiş etdiyini açıqlayıb. “O, bununla razılaşdı. Sizə deyə bilərəm ki, bu, çox xoş oldu”, -deyə ABŞ Prezidenti bildirmişdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
13
16
azertag.az

10Mənbələr