AZ

António Quterreş beynəlxalq hüquqa əsaslandı FOTO

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

Rusiyalı jurnalistin "BMT-nin Krım və Donbası öz müqəddəratını təyinetmə hüququ kontekstində nəzərdən keçirə biləcəyi" ilə bağlı sualına cavab olaraq, Baş katib António Quterreş beynəlxalq hüququn iki əsas prinsipə əsaslandığını bildirib: dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi. Lakin o, öz müqəddəratını təyinetmənin yalnız zəruri şərtlər yerinə yetirildikdə tətbiq olunduğunu vurğulayıb: “Biz belə bir nəticəyə gəldik ki, öz müqəddəratını təyinetmə prinsipi Krım və Donbasa tətbiq edilə bilməz, buna görə də bu vəziyyətdə Ukraynanın ərazi bütövlüyü prinsipi üstünlük təşkil edir."

Qeyd edək ki, bir qədər əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına verdiyi müsahibədə Rusiyanın Donbas və Krım sakinlərinin öz müqəddəratını təyin etmək "hüququnu" tanımaq üçün BMT-yə müraciət etdiyini açıqlamışdı.

İlham

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
43
sesqazeti.az

10Mənbələr