AZ

İran XİN başçısı Hakan Fiddanla brifinqdə: ABŞ la müzakirəyə hazırıq Müharibəyə bütün bölgəyə təhlükəsi yaradacaq

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

 "İsrail qüvvələri tərəfindən ötən ilin iyul ayında İranda törədilən terror hadisələri zamanı yanımızda olduğuna görə Türkiyəyə təşəkkür edirik. İran və Türkiyə həm qonşu, həm də dostdurlar. İki ölkə arasındakı münasibətlər tarix boyu qardaşlıq münasibətləri olub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Ankarada Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.

Abbas Arakçı Türkiyəninin mövqeyindən razılıq edib: "Biz Türkiyənin regionun maraqlarını qorumaqla regionumuzu müdafiə etmək yanaşmasını dəstəkləyirik. İran bütün diplomatik proseslərə hazırdır və ədalətli danışıqlar prosesinin tərəfdarıdır. Qəzzada sülhün əldə edilməsindəki səylərinə görə də Türkiyəyə təşəkkür edirik. Bu baxımdan Türkiyəyə göstərdiyi zəhmətə görə minnətdarıq".

Xarici işlər naziri Hakan Fidan isə bildirib ki, İranda sülh həm bizim üçün, həm də region üçün vacibdir: "Biz İrana hərbi müdaxilənin əleyhinəyik. Problemləri həll etmək üçün dialoq vacibbdir. Hərbi gücün problemləri həll edəcəyini düşünmürük. Problemlər danışıqlar və diplomatiya yolu ilə həll edilməlidir. Biz ABŞ və İranı danışıqlar masasına gəlməyə çağırırıq. Türkiyə olaraq sülh üçün əlimizdən gələni etməyə hazırıq. İranın daxili işlərinə heç bir xarici müdaxilə olmamalıdır, biz hadisələri yaxından izləyirik."

Nazir Fidanın sözlərinin ardınca Abbas Arakçı bu gün Prezident Ərdoğanın dialoq çağırışına cavab olaraq deyib: "Biz bölgədəki münaqişələri və dağıdıcı hadisələri müzakirə etdik. Bir ölkənin müharibəyə girməsi bütün bölgədə müharibə təhlükəsi yaradacaq. İran öz milli və regional maraqlarını qorumaq tərəfindədir. Təhdidlərə boyun əyməyəcəyik. İran bütün danışıqlar proseslərinə hazırdır. İran nüvə məsələləri ilə bağlı masa arxasına oturmağa hazırdır. Biz həmişə dinc nüvə danışıqlarının tərəfdarı olmuşuq. Əgər danışıqlar ədalətli və qarşılıqlı hörmətə əsaslanarsa, danışıqlara başlamağa hazırıq".

Firudin Səfərli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
50
mia.az

10Mənbələr