AZ

Riad Rəfiyev: Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim Sumqayıt ın prezidenti a danışdı (VİDEO)

ain.az bildirir, Mia.az portalına istinadən.

Misli Premyer liqasında inamla irəliləməyə çalışan "Sumqayıt" Futbol Klubunun prezidenti, iş adamı Riad Rəfiyev bu gün Yevlax stadionunda komandasının "Karvan-Yevlax" klubuyla oyununu izləməkçün Yevlaxa gəlib.

 Vaxtilə adıçəkilən rayonunun komandasında oynadığı vaxtların xatirəsini Mia.az-ın əməkdaşıyla bölüşən Riad Rəfiyev bildirib ki, onun bu rayonla bağlı maraqlı təəssüratları var:

- Mənim valideynlərim Yevlaxda doğulublar. Bu rayonla səfərim məndə gözəl hisslər yaradır. Nostalgiyadı bu. Mən hətta bayaq gedib vaxtilə komanda yoldaşlarımla məşq etdiyim o kiçik meydançanı gəzdim. Video çəkdim. O zaman birlikdə futbol oynadığım komanda yoldaşlarımla o videonu paylaşmaq niyyətim də var.

- Siz o illərdəki komanda yoldaşlarınız Yevlaxda yaşayır? Görüşəcəksiniz onlarla?

- Burada yaşayan da var, köçənlər də. 

- Belə nostalji duyğular bu gün sizə rəqabət hissi ilə oyunu izləməyə mane olmayacaq?

- Nə qədər nostalji olsa da, biz işimizin peşəkarıyıq və oyuna da peşəkar gözlə baxırıq. Təbii ki, komandamızın qalib gəlməsini və ən yaxşı nəticələr göstərməsini istəyirik.

- "Sumqayıt" bu mövsüm çox iddialı görünür, çox yaxşı başladı Premyer liqa oyunlarına, hədəfləri deyəsən, çox yüksək tutmusunuz. Yeni baş məşqçi də çox uğurlu nəticələr göstərir. Qarşıda hansı məqsədlər dayanır?

- Çox yaxşı vurğuladınız. Düzünü deyim, çoxdandı, belə peşəkar suallar eşitmirdim. Vurğuladığınız məqamlara görə sizə təşəkkür edirəm. Həqiqətən, Saşa İliçin rəhbərliyi altında komandamız çox yaxşı futbol oynayır. Amma təbii ki, bununla kifayətlənmək istəmirik. Daha yaxşı nəticələr qazanmaq niyyətimiz var. "Böyük şəhərin tək komandası" olaraq bundan daha böyük uğurlara imza atmağı çox arzu edirik. 

 - Bu mövsümdə bəzi oyunlarda "Sumqayıt" hakim haqsızlıqlarıyla üz-üzə qaldı. Etiraz bilidirdiyiniz məqamlar da oldu. Təslimçi əhvali-ruhiyyədə olmadığınızı düşünürəm mən. Döyüşkənsiniz.

- Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşuqsa, irəli getmək istəyiriksə, ruh düşkünlüyünə yer ola bilməz. Belə hallar bizim planımızda birmənalı şəkildə yoxdur. 

Xatırladaq ki, Riad Rəfiyev məşhur iş adamı Rasim Rəfiyevin oğludu. Rasim Rəfiyev 90-cı illərdə "Neftçi"nin əsas sponsorlarından biri olub. Uşaqlıq və gənclik illərində Riad Rəfiyev də futbola maraq göstərib, bu sahədə idarəçiliyi və menecmentliyi öyrənib, uzun illər AFFA-da çalışıb, milli komandalar üzrə koordinator olub. 

2018-ci ildən "Sumqayıt"ın prezidentidi. Onun rəhbərliyi dövründə kimyaçılar şəhərinin komandası avroliqa oyunlarına vəsiqə qazanıb və təcrübə əldə edib.

Zülfiyyə Mustafayeva 

Mia.az

Yevlax

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
50
mia.az

10Mənbələr