AZ

İranın daxili problemlərinin xarici müdaxilə olmadan həll edilməsinin tərəfdarıyıq - Hakan Fidan

Bakı. Trend:

Türkiyə İranın daxili problemlərinin xarici müdaxilə olmadanhəll edilməsinin tərəfdarıdır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri HakanFidan iranlı həmkarı Abbas Əraqçi ilə İstanbulda keçirdiyi birgəmətbuat konfransında deyib.

Türkiyəli ali diplomatda rəsmi Ankaranın İranda baş verənhadisələri diqqətlə izlədiyini vurğulayıb.

“Etirazlar zamanı insanların həlak olmasından dərin təəssüfhissi keçirir və İran xalqına başsağlığı veririk. Vəziyyətin böyükölçüdə sabitləşməsindən məmnunuq. Ümid edirik ki, sakitlik qorunubsaxlanılacaq. Biz arzu edirik ki, İranın daxili problemləri dincyolla, xarici müdaxilə olmadan və İran xalqının özü tərəfindən həlledilsin”, – deyə Hakan Fidan vurğulayıb.

Məqalədə:
Seçilən
42
50
az.trend.az

10Mənbələr