AZ

“Ömrümün mənası Azərbaycanla bağlı olub” Umud Mirzəyev

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Çox təzadlı bir dövrdə yaşayırıq. Uşaqlıq və gənclik illərimizdə düşünürdük ki, nə vaxtsa biz də özümüzdən yaşlı nəsilin yerinə gələcəyik. Amma bu gün geriyə baxanda düşünürsən ki, bu illər necə keçdi? Sanki bir anın içində gəldi və getdi”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının üzvü Umud Mirzəyev media nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, zamanın sürətlə keçməsinin əsas səbəbi insanın daim fəaliyyət içində olmasıdır: “İllər boyu məşğul olmuşuq, dayanmağa, darıxmağa zamanımız olmayıb. İnsan çalışdıqca zamanın necə keçdiyini hiss etmir”.

Umud Mirzəyev qeyd edib ki, həm vətəndaş cəmiyyəti üzvü, həm də media nümayəndəsi kimi bütün fəaliyyəti Azərbaycanla bağlı olub: “Təxminən 40 ildən artıq bir dövr ərzində gecə-gündüz yaşadığım həyatın bütün mənası yurdumuzla, elimizlə, obamızla bağlı olub”.

O, ölkənin üzləşdiyi çətin dövrlərdə xalqla birgə ağrıları yaşadığını vurğulayıb: “Torpaqlarımıza qara əllər uzananda mənim üçün başqa yol yox idi. Xalqımın yaşadığı acıları onunla birlikdə yaşadım və o çətin günlərdən işıqlı sabaha çıxmaq üçün yollar axtardım”.

Mirzəyev qurucusu olduğu Beynəlxalq Davamlılıq Mətbuat Fondunun fəaliyyətinə də toxunaraq deyib ki, işğaldan azad olunma prosesində bu təşkilatın da öz töhfəsi olub: “Bu gün qürurla deyə bilərəm ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında bizim də az da olsa payımız var”.

Çıxışının sonunda o vurğulayıb ki, insan dürüst və vicdanla yaşadıqda bunun cəmiyyətdə qarşılığı olur: “Bu gün aldığım saysız təbriklər və zənglər göstərir ki, insan düz yaşayanda bunu cəmiyyət hiss edir. İnsanın xoşbəxtliyi də məhz bundadır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
50
sia.az

10Mənbələr