AZ

Zelenski Putini Kiyevə dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə Moskvada görüşmək ehtimalını qəti şəkildə rədd edib. Eyni zamanda, o, Kreml rəhbərini açıq şəkildə Kiyevə dəvət edib.

News365.az-ın xəbərinə görə, bu barədə "RBC Ukrayna" nəşri Zelenskinin jurnalistlərə verdiyi açıqlamaya istinadən məlumat verib.

"Sözsüz ki, mənim Moskvada Putinlə görüşməyim mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşmək kimidir. Mən eyni şəkildə onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Mən açıq şəkildə onu dəvət edirəm, əlbəttə ki, qərar verərsə", - deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna müharibənin real şəkildə başa çatması, eləcə də məhsuldar ola biləcək görüşlə bağlı konstruktiv danışıqlar aparmaq istəyir.

Zelenski növbəti dəfə təkrar edib ki, Ukrayna müharibənin sona çatmasının zəruriliyinə ciddi yanaşır. Buna görə də liderlər səviyyəsində istənilən real görüş formatı uyğun gəlir.

Dövlət başçısının sözlərinə görə, o, müharibənin bitməsi ilə bağlı effektiv olacaq istənilən formata hazırdır.

Xatırladaq ki, Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra ABŞ yaxın gələcəkdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüşün baş tuta biləcəyini istisna etməyib.

Eyni zamanda, Kreml yenidən Zelenskiyə Putinlə Moskvada görüşməyi təklif edib. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Putinlə Zelenski arasında görüşün yeganə yeri kimi ancaq Moskvanı nəzərdən keçirir. Onun sözlərinə görə, danışıqlar üçün başqa məkanla bağlı mülahizələr yersizdir.

Seçilən
5
50
news365.az

10Mənbələr