AZ

"Karvan-Yevlax" "Sumqayıt"aqarşı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 18-ci tur start götürəcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Bu komandalar arasında 1-ci dövrənin oyunu "gənclik şəhəri" təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün 2-ci matçında "Qəbələ" "İmişli" ilə qarşılaşacaq. Oyun saat 17:00-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki görüşü 2:2 hesabı ilə başa çatıb. 

30 yanvar (cümə)

14:30. “Karvan-Yevlax” – “Sumqayıt” - 0:0 (Birinci hissə)
Hakimlər: 
Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Yevlax şəhər stadionu

17:00. “Qəbələ” – “İmişli”
Hakimlər: 
Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Rahil Ramazanov
Qəbələ şəhər stadionu

31 yanvar (şənbə)

14:30. “Kəpəz” – “Şamaxı”

17:00. “Zirə” – “Sabah”

1 fevral (bazar) 

16:00. “Araz - Naxçıvan” – “Neftçi”

18:30. “Qarabağ” – “Turan Tovuz” 

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 6 qol

Karim Rossi ("Şamaxı") - 6 qol

Seçilən
10
39
teleqraf.com

10Mənbələr