Ukrayna Prezidenti Vladimir Zelenski Kremlin Moskvaya səfər etmək və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün davamlı dəvətlərinə münasibət bildirib. Zelenski jurnalistlərlə söhbətində bu məsələni qaldırıb.
“Moskvada Putinlə görüşümün mümkün olmadığı göz qabağındadır. Mən də öz növbəmdə onu Kiyevə dəvət edə bilərəm, gəlməsinə icazə verə bilərəm. Əlbəttə ki, əgər gəlmək qərarına gələrsə, mən onu açıq şəkildə dəvət edirəm”, – deyə Zelenski qeyd edib.