Bakı. Trend:
İnnovasiya lideri Bakcell 21-ci əsrin proqramlaşdırmaakademiyası olan Peerstack Academy ilə strateji tərəfdaşlığabaşlayıb.
Əməkdaşlıq çərçivəsində innovasiya və süni intellekt sahəsindəpotensial layihələrin icrası, real sənaye ehtiyaclarına uyğunproqramlaşdırma bacarıqlarının inkişafı və texnologiya sahəsindəixtisaslı kadrların yetişdirilməsi əsas istiqamətlər kimi müəyyənedilib.
Peerstack Academy layihəyönümlü və praktiki yanaşmaya əsaslananproqramlaşdırma təlimləri təqdim edən müasir IT akademiyasıdır.Akademiyanın kampusu Azərbaycan Texniki Universitetinin binasındayerləşir. Tədris modeli real iş mühitinə uyğun bacarıqlarınformalaşdırılmasına və beynəlxalq standartlara cavab verəntexnoloji mütəxəssislərin hazırlanmasına fokuslanır.
Hazırda Peerstack Academy-də 100-dən çox aktiv tələbə təhsilalır. Tərəfdaşlıq çərçivəsində ilk il ərzində 250 tələbənin təqaüdproqramı ilə əhatə olunması nəzərdə tutulur.
Təlim çərçivəsində tələbələr Ruby, JavaScript, React, PostgreSQLvə REST API kimi texnologiyalar üzrə praktiki təcrübə qazanır,proqramı uğurla tamamladıqdan sonra isə iki beynəlxalqakkreditasiyalı diplom və işlək tətbiqlərdən ibarət portfoliolarlaməzun olurlar.
Bakcell və Peerstack Academy arasında qurulan bu əməkdaşlıqinnovativ ideyaların real texnoloji həllərə çevrilməsi üçün yeniimkanlar yaratmaqla yanaşı, ölkədə texnologiya sahəsində insankapitalının inkişafına töhfə verməyi hədəfləyir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriniyüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təminedir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyükinvestorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativhəllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOLHolding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.