AZ

Rafael Hüseynov: İişğal dövründə Azərbaycanın minlərlə tarixi, mədəni irsi əlçatmaz olub

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Qarabağ və Şərqi Zəngəzurun təxminən otuz il davam edən işğalı dövründə Azərbaycanın minlərlə tarixi və mədəni irs nümunəsi əlçatmaz vəziyyətdə qalıb.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media nümayəndələri üçün keçirilən təqdimatında səsləndirib.

Akademik qeyd edib ki, müasir suveren Azərbaycan reallığında milli mədəni irsə bütöv və sistemli yanaşma imkanları formalaşıb. Onun sözlərinə görə, bu mərhələdə Azərbaycan öz mədəni irsini yalnız vahid şəkildə tədqiq etməklə kifayətlənmir, eyni zamanda onu yenidən bərpa və beynəlxalq miqyasda təqdim etmə istiqamətində ardıcıl addımlar atır. Vurğulanıb ki, işğal dövründə ciddi dağıntılara və zədələnmələrə məruz qalan mədəni irs nümunələrinin bərpası hazırda dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.

Rafael Hüseynov bildirib ki, Azərbaycanda ilk dəfə olaraq mədəniyyət sahəsində bu qədər genişmiqyaslı və kompleks yanaşmanı özündə ehtiva edən konsepsiya hazırlanıb və tətbiq olunur. Onun fikrincə, bu sənəd Azərbaycan mədəniyyət tarixində mühüm mərhələ olmaqla yanaşı, gələcək inkişaf üçün strateji yol xəritəsi funksiyasını daşıyır. Akademik qeyd edib ki, mövcud mərhələdə əsas məqsəd mədəniyyət sahəsində yaranan yeni çağırışlara adekvat cavab vermək və milli mədəni irsin davamlı inkişafını təmin etməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
25
sia.az

10Mənbələr