ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə-İran ikitərəfli münasibətləri ilə yanaşı, regionda artan hərbi gərginliyi və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı vurğulayıb ki, rəsmi Ankara regionda sabitliyin qorunmasında maraqlıdır. O, gərginliyin azaldılması və mövcud problemlərin həlli istiqamətində Türkiyənin İran ilə ABŞ arasında vasitəçi rol üstlənməyə hazır olduğunu diqqətə çatdırıb.
Türkiyə dövlət başçısı, həmçinin hazırda ölkədə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçini bu gün qəbul edəcəyini bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.