Nazlı Əhmədova: Azərbaycanda “milli-mənəvi dəyərlər” anlayışına dəqiq tərif veriləcək
Azərbaycanda “milli-mənəvi dəyərlər” anlayışına dəqiq tərif veriləcək və müvafiq siyahı hazırlanacaq. 1news.az xəbər verir ki, bunu Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının təqdimatına dair məlumat sessiyasında İşçi qrupunun üzvü Nazlı Əhmədova deyib. Jurnalistlərin suallarını cavablandıran N.Əhmədova bildirib ki, hazırda bu anlayış açıq qaldığı üçün yeni sənəd çərçivəsində milli-mənəvi dəyərlərin mahiyyəti konkretləşdiriləcəkdir. Xatırladaq ki, Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş bu Konsepsiya növbəti 15 il üçün mədəni irsin qorunması, yaradıcı sənayenin inkişafı və infrastrukturun modernləşdirilməsi kimi strateji istiqamətləri əhatə edir. Feliks Vişnevestki