AZ

Avstraliya səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsenti qəbul edib.

Aznews.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı coğrafi baxımdan ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi, siyasi əlaqələrin inkişafını məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycana səfir təyin edilməsindən şərəf hissi duyduğunu deyən Salli-Ann Vinsent bir müddət əvvəl ölkəmizdə olduğunu məmnunluqla xatırlayıb, əlaqələrimizin genişləndirilməsi üçün səylə çalışacağını qeyd edib.

Səfir bir neçə gün əvvəl Avstraliyanın milli bayramı münasibətilə dövlətimizin başçısının Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə göndərdiyi məktuba görə minnətdarlığını ifadə edib.

Seçilən
63
50
aznews.az

10Mənbələr