Bakivaxti saytına istinadən ain.az xəbər verir.
Yeni mədəniyyət konsepsiyası Azərbaycan mədəniyyətinə və dünya mədəniyyətlərinə tamamilə yeni baxış ortaya qoyur.
Bakıvaxtı.az xəbər verir ki, bunu kulturoloq, fəlsəfə elmləri doktoru Fuad Məmmədov mədəniyyət konsepsiyasının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu konsepsiya Azərbaycan mədəniyyətinin inkişafında mühüm tarixi hadisədir və ulu öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin müasir baxışları bu sənədin formalaşmasına ciddi təsir göstərib. Fuad Məmmədov bildirib ki, konsepsiyanın əsas elmi dayaqlarından biri kulturologiyadır və bu yanaşma mədəniyyətə sistemli baxışı təmin edir.
Kulturoloq qeyd edib ki, mədəniyyət yalnız incəsənət və ya ayrı-ayrı sahələrlə məhdudlaşmır, insanın ağlı, qəlbi və əməyinin nəticəsində yaranan bütün fəaliyyət sahələrini əhatə edir. Onun fikrincə, mədəniyyət millətin ən böyük sərvətidir və heç bir maddi dəyər onu əvəz edə bilməz.
F.Məmmədov vurğulayıb ki, 21-ci əsrin əsas məqsədi yüksək mədəniyyətli, yaradıcı, düşünən və məsuliyyətli Azərbaycan vətəndaşının formalaşdırılmasıdır. Bu baxımdan mədəniyyət konsepsiyasının yalnız sənəd olaraq qalması deyil, real hüquqi mexanizmlərlə dəstəklənməsi vacibdir.
O bildirib ki, konsepsiyanın uğurla həyata keçirilməsi üçün mədəniyyət haqqında yeni qanunun qəbuluna ehtiyac var. Bu qanun mədəniyyətin yeni missiyasını, cəmiyyətdə kulturoloji düşüncənin formalaşmasını və kadr hazırlığını təmin etməlidir.
Məmmədov əlavə edib ki, idarəetmə və qərar qəbuletmə proseslərində kulturoloji ekspertizanın tətbiqi milli inkişafın keyfiyyətini yüksəldə bilər. Bu yanaşma Azərbaycan cəmiyyətinin uzunmüddətli və davamlı inkişafı üçün əsas şərtlərdən biridir.
Zeynəb Rzayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.