AZ

Prezident İndoneziyanın yeni səfirini qəbul edib FOTOLAR YENİLƏNİB

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.Dövlətimizin başçısı İndoneziya Prezidenti ilə Davosda və Şarm Əl-Şeyxdə təmaslarını xatırladı, onu ölkəmizə rəsmi səfərə dəvət etdiyini bildirib.Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirib.Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd edib.Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Berlian Helmi fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün səylə çalışacağını deyib.Söhbət zamanı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.* * *

12:08

Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.

Bu barədə AzVision.az -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
50
azvision.az

10Mənbələr