“Ulduz” jurnalının 2026-cı ilin ilk - yanvar-fevral sayı işıq üzü görüb.
APA xəbər verir ki, jurnalda Azər Turanın “Birinci Türkoloji Qurultay – film kimi bir hadisə” yazı dərc olunub.
Dərgidə “Birinci Türkoloji Qurultay” (1926, Bakı) nümayəndələri haqqında ətraflı məlumat verilir.
Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda yazdığı qeydlər yüz ilin o üzündən günümüzə körpü salır.
Elnarə Akimovanın “Yüz ilin ədəbiyyat yolçuları” yazısı Türk dünyasının birliyi uğrunda qudsal yola çıxan insanların fədakarlığından söz açır.
“Ulduz”un bu sayında Aqil Abbasın “Rəmiş” povesti də oxuculara təqdim olunur.
“Dərgidə kitab”da Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (3-cü yazı) araşdırması yer alır.