AZ

Prezident İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib

Bakı. Trend:

Prezident İlham Əliyev indoneziyalı həmkarı Prabovo SubiantonuAzərbaycana rəsmi səfərə dəvət edib.

Trend xəbər verir ki, bunuAzərbaycan dövlət başçısı İndoneziya Respublikasının ölkəmizdə yenitəyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminiqəbulu zamanı bildirib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) bu qurumuntəsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizimüçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdətəşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyayaminnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı bunu Azərbaycanaolan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirib.

Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunubildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlıinvestisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı dahada möhkəmləndirməyin önəmini qeyd edib.

Seçilən
33
50
az.trend.az

10Mənbələr