AZ

"Qoy gəlsin" -Zelenski Putini Kiyevə dəvət ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada Rusiya diktatoru Vladimir Putinlə görüşünün mümkün olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. 

"Əlbəttə ki, mənim üçün Moskvada Putinlə görüşmək mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə dəvət edə bilərəm; qoy gəlsin. Əlbəttə ki, əgər qərar verərsə, mən onu açıq şəkildə dəvət edəcəyəm", - deyə Ukrayna Prezidenti qeyd edib.

O əlavə edib ki, Ukrayna "müharibənin real sonu" və "məhsuldar ola biləcək" görüş barədə "konstruktiv şəkildə razılığa gəlmək" istəyir.

Seçilən
37
50
redaktor.az

10Mənbələr