AZ

Trampın diqqətinə İrana qarşı hücum variantlarının genişləndirilmiş siyahısı təqdim edilib

ain.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Trampın diqqətinə İrana qarşı hücum variantlarının genişləndirilmiş siyahısı təqdim edilib

ABŞ Prezidenti Donald Tramp Pentaqon tərəfindən İrana qarşı təklif olunan bir neçə hərbi ssenarini, o cümlədən reydləri və xüsusi təyinatlıların əməliyyatlarını nəzərdən keçirir, lakin diplomatik həll və Tehranla danışıqlar üçün açıq qalır. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti amerikalı məmurlara istinadən məlumat yayıb.

Onların sözlərinə görə, son günlərdə Trampın diqqətinə İrana qarşı hücum variantlarının genişləndirilmiş siyahısı təqdim edilib. Xüsusilə, ABŞ prezidenti indi ABŞ qoşunları tərəfindən İranda reydlər keçirmək, eləcə də nüvə və raket obyektlərinə daha çox ziyan vurmaq imkanını nəzərdən keçirir. Ən riskli variantlar arasında 2025-ci ilin iyununda Amerika zərbələri zamanı zərər görməyən İranın nüvə proqramı obyektlərini məhv etmək və ya zədələmək məqsədilə ABŞ xüsusi təyinatlılarının gizli şəkildə göndərilməsi var. Bundan əlavə, ölkədə xaos yaratmaq və hakimiyyət dəyişikliyi üçün şərait yaratmaq məqsədilə İslam Respublikasının rəhbərliyi ilə birbaşa əlaqəli obyektlərə bir sıra zərbələr endirmək variantı da nəzərdən keçirilir. İsrail tərəfi isə Vaşinqtonu İranın raket proqramı obyektlərinə zərbələr endirməyə inandırmağa çalışır.

Bu arada, məmurlar vurğulayıblar ki, ABŞ lideri hələlik Pentaqonun ona təklif etdiyi hərbi əməliyyat variantlarından heç birini seçməyib və diplomatik həll üçün açıq qalır. Nəşrin bəzi həmsöhbətləri qeyd ediblər ki, Trampın təhdidləri qismən İran tərəfini danışıqlara sövq etmək məqsədi daşıyırdı.

Daha əvvəl Tramp "böyük bir armada"nın İrana doğru getdiyini bildirmişdi. O, Tehranın danışıqlar masasına oturacağına və nüvə silahından tamamilə imtina etməyi nəzərdə tutan "ədalətli və bərabər" bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirmişdi. ABŞ lideri xatırlatmışdı ki, keçən ilin iyununda ABŞ İslam Respublikasındakı nüvə obyektlərinə zərbələr endirmişdi, bu əməliyyat "Gecə yarısı çəkici" adını almışdı. O, "növbəti hücumun daha da pis olacağı" barədə xəbərdarlıq edərək, "bunun baş verməsinə yol verməməyə" çağırdı.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
50
oxumeni.az

10Mənbələr