GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dostluq süfrəsi: Anadolu səhər yeməyi görüşü” adlı tədbir Türkiyə və Azərbaycan arasında ortaq mədəni dəyərləri bir araya gətirib.
Globalinfo.az xəbər verir ki, tədbirdə Anadolunun zəngin səhər yeməyi ənənəsi təqdim olunub, paylaşma, qonaqpərvərlik və söhbət mədəniyyətinin iki qardaş xalqın ortaq tarixi yaddaşındakı yeri xüsusi vurğulanıb.
Proqram çərçivəsində Anadolu səhər yeməyinin tarixi və mədəni kökləri barədə məlumatlar aşpaz təqdimatı ilə iştirakçılara çatdırılıb.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün və Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəsi, səfir Ufuk Turganer də iştirak ediblər.
Prof. Dr. Birol Akgün çıxışı zamanı Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin mədəni aspektlərinə diqqət çəkib.
Qeyd edək ki, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.